Seksual həyat insanın boyundan asılıdır – ARAŞDIRMA

Amerikalı tədqiqatçılar insanın seksual həyatının onun boyundan asılı olduğunu aşkar edə biliblər. Onların araşdırması göstərib: hündürboylular özlərinin seksual həyatının keyfiyyətini boyu az olanlardan fərqli olaraq daha müsbət qiymətləndirirlər.

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, mütəxəssislər min nəfərin iştirak etdiyi sorğu keçiriblər. Nəticədə məlum olub ki, insanın seksual həyatı onun boyundan asılı ola bilər.

 

“Özlərini yüksəkboylu qiymətləndirən insanların 58 faizi öz seksual həyatından tamamilə razı olub. Öz boyunu kifayət qədər yüksək deyil, orta hesab edən insanlar yalnız 54 faiz təşkil edib. Boyu az olanlar isə 50 faiz olub”, – tədqiqatçılar əldə etdikləri məlumatları bölüşüblər.  

 

Sorğu həmçinin onu da üzə çıxarmağa imkan verib ki, insanların əksəriyyəti yüksək boylu olmasını təkcə cinsi həyat üstünlüyü yox, həm də karyerası üçün “təbiətin hədiyyəsi” hesab edirlər. Onlar xüsusilə onu da deyiblər ki, boyu az olanlarla müqayisədə onları rəhbərlik də fərqləndirir və daha yaxşı qazanırlar.

 

Təəccüblü deyil ki, sorğuda iştirak edən kişilərin böyük hissəsi (60 faiz) daha hündürboylu olmaq istədiklərini bildiriblər. Onlardan dörddə biri isə deyib ki, əgər boylarını cərrahi yolla dəyişmək imkanı olsaydı, pula heyfsilənmədən bunu edərdilər. Rəyi soruşulan qadınların 36 faizi tərəfdaşlarının hündürboylu olmasını istədiklərini bildirib.

 

“Seksual həyat birbaşa boydan asılı deyil. Amma ona təsir göstərir ki, insan özü özünü dərk edir, özünə əminlik olur. Bu  mənada boy amili dolayısı ilə rol oynaya bilər”, – mütəxəssislər vurğulayıblar.

 

(Visited 450 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir