Burnunuzun vəziyyəti xəstəliklər haqqında xəbərçidir

Mütəxəssislər qeyd edirlər ki, burunun vəziyyəti gözlərdən gizli orqanizmdə gedən prosesləri əks etdirir. Burundakı bəzi dəyişikliklər xəstəliklərin göstəricisi ola bilər.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, ekspertlər burunun vəziyyətinə görə bəzi xəstəliklərin mövcudluğunu  bilməyin mümkün olduğunu söyləyiblər.

 

Damarlar görünür. Burun üzərində görünməyə başlayan qan damarlarının damarcıqları venaların iltihabından, yüksək qan təzyiqi barədə xəbər verə bilər. Burun pərləri yanındakı çartlamış dəri orqanizmdəki durğunluq əlamətinə işarə verir.

 

Göy-qırmızı çalar. Burundakı bu vəziyyət arterial təzyiq, xüsusilə hipotoniya probleminin xəbərçisi ola bilər.

 

Vaxtaşırı qızartı. Ekspertlərin söylədiyinə görə, burunda zaman-zaman yaranan qırmızılıq mədənin xroniki xəstəliyini göstərə bilər.

 

Burunun üst hissəsinin böyüməsi. Əgər burunun üst hissəsi şişkin görünürsə, bu burundakı iltihabın sübutudur.

 

Burunun üst hissəsindəki qırışlar.  Burunun üst hissəsindəki köndələn qırışlar, həkimlərin sözlərinə görə, bir çox hallarda qalxanabənzər vəzinin hipofoniya əlaməti olur.

 

(Visited 418 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir