Oturaq həyat tərzi ölümcül təhlükəlidir – ARAŞDIRMA

Oturaq həyat tərzi hətta həftədə 300 dəqiqədən çox – məsləhət görülən normadan iki dəfə artıq məşq edən insanlar üçün belə ölümcül təhlükəlidir.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, gün ərzində çox oturmalı olan insanlarda vaxtından əvvəl ölüm riski yüksəlir. Bu risk gündə 12,5 saatdan çox oturan insanlarda ümumilikdə hər saata görə 10 dəqiqə daha yüksək olur.

 

Bu nəticəyə amerikalı alimlər yaşları 45 və daha yuxarı olan 8 min könüllünü müşahidə edəndən sonra gəliblər. Onların fəallığı haqda məlumatları akselermetrin köməkliyi illə həftə ərzində toplayıblar. Müşahidə nəzarəti dövrü daha 4 il davam edib.

 

Oturaq həyat tərzinin ziyanını minimuma endirmək üçün ekspertlər işə velosipedlə, yaxud piyada getməyə çağırırlar. Onların fikrincə, ofisdə iş zamanı ayağa qalxmaqla, yaxud gəzişməklə fasilə etmək vacibdir. Nahar fasiləsində isə ən yaxşısı küçəyə çıxmaq, öz mərtəbənizə piyada qalxmaqdır.

 

 

(Visited 198 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir