B12 vitamini çatışmazlığı təhlükəlidir

B12 vitamini çatışmazlığı əsəb və psixi pozuntulara gətirib çıxara bilər. Bu vitamin eritrositlərin formalaşması, əsəb sisteminin və DNT sintezinin fəaliyyəti üçün vacibdir. Bu vitamin daha çox balıqda, yumurtada, süd məhsullarında və mayalı ərzaqların tərkibində olur.

 

 

Medpress.az AZƏRTAC-a  istinadla xəbər verir ki, vitamin çatışmazlığı əksər hallarda veqanlarda – vitaminli əlavələr qəbul etməyən insanlarda daha çox inkişaf edir. Hər üç haldan ikisində B12 vitamini çatışmazlığı yaşlı adamlarda rast gəlinir. Çünki həmin insanlarda mədədə turşuluğun ifraz olunması dərəcəsinin azalması səbəbindən qəbul etdikləri ərzaq məhsullarından bu vitamin pis mənimsənilir və onlar B12 vitaminini lazımi miqdarda ala bilmirlər.

 

 

 

 

B12 vitamini ilə problemlər, həmçinin mədə-bağırsaq pozuntuları, o cümlədən Kron xəstəliyi diaqnozu qoyulan, qısa zamanda çəkisini itirən və ya mədə-bağırsaq əməliyyatı keçirən insanlarda müşahidə edilir. Vitamin dərəcəsinin aşağı düşməsinin səbəblərindən biri kimi qıcqırma əleyhinə dərmanlar və ya metforminin (diabet xəstələrinə təyin olunur) qəbul edilməsi göstərilir.

 

 

 

Yorğunluq, zəiflik, qəbizlik, iştahasızlıq və çəkinin azalması, depressiya, dezoriyentasiya, yaddaşın pisləşməsi, ağızda və dildə ağrı hissləri və s. B12 vitamini çatışmazlığının əlamətləridir. Vitamin çatışmazlığı, həmçinin meqaloblastik və ya bədxassəli qanazlığı ilə bağlıdır.

 

 

 

 

(Visited 129 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir