Avstraliyanın elmi əməkdaşları yumurtanın yeni faydaları haqda danışıblar. Məlum olub ki, gündəlik yumurta istifadəsi yaşla bağlı görmə qabiliyyətinin pisləşməsindən, hətta tam korluqdan xilas edə bilər.
Medpress.az xarici mətbuata istinadən bildirir ki, 50 yaşdan sonra insanlarda korluğun inkişafının əsas səbəbi makulyar dejenerasiyadır.
Akademiklər xəstəliyə qarşı mübarizə vasitəsi tapmaq üçün genişmiqyaslı eksperiment keçiriblər: 15 il ərzində sınağa cəlb edilən 3654 nəfər üzərində müşahidə aparılıb.
Araşdırmanın gedişində müəyyənləşdirilib ki, həftədə 2-dən 4-ə qədər yumurta yeyən insanlarda xəstəlik riskinin inkişafı həftədə 1, yaxud heç yumurta yeməyənlərlə müqayisədə 49 faiz azalıb.