Qadına xərçəngli böyrək köçürdülər

Şotlandiya sakini Pauline Hanta böyrək köçürməsindən sonar xərçəng diaqnozu qoyulub.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 49 yaşlı qadın qarın boşluğu və limfomasında xərçəngi tapıldığını söyləyib.

 

Buna qədər həmin donordan böyrək alan digər pasiyent köçürmədən bir neçə həftə sonra ölüb.

 

“Mənə kimya terapiya üçün çox zəif olduğumu dedilər. Doğmalarımı xərçəng xəstəliyindən itirmişəm, məni də nəyin gözlədiyini bilirəm”, – Hant vurğulayıb.

 

Köçürmə əməliyyatını həyata keçirən həkimlər iddia edirlər ki, orqan bütün vacib yoxlamalardan keçirilib. Bununla belə, pasiyent araşdırma aparılmasına israr edir. Xəstəxanada mümkün təhlükədən xəbər tutan kimi, qadına köçürülən böyrək çıxarılıb, lakin bu da kömək etməyib.

 

Donor materialında təcavüzkar formalı xərçəng olduğu aşkarlanıb və bu Xantın orqanizminə düşərək tezliklə digər orqanlarına yayılıb.

 

Hər il 6 mindən çox orqan köçürməsi əməliyyatı üçün material verən milli qan və köçürmə xidməti öz günahı olduğunu təkzib edir.

 

(Visited 55 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir