İsti və ilıq bir duş hər nə qədər sizi rahatlasa da, üşüməyinizə mane olsa da, soyuq su ilə qəbul edilən duş bədəninizə bir çox fayda verir. Əvvəlcə zor görünsə də, orqanizminizin yavaş-yavaş dəyişməyə adət edəcəyini görəcəksiniz.
Medpress.az xarici mətbuata istinadla soyuq su ilə duş qəbul etməyin orqanizmə faydalarını təqdim edir.
Qan dövranını hərəkətə gətirəcək
Xüsusilə səhərlər yataqdan qalxmaqda çətinlik çəkənlərə çarə olacaq soyuq duş, məhsuldarlığınızı artıracaq. Hüceyrələrinizi və qan dövranını hərəkətə gətirəcək.
Psixolgiyanızı yaxşılaşdıracaq
Stressi azaltmaq istəyirsinizsə, soyuq bir duş pis ruh halınıza yardımçı olur və sinir səviyyənizi azaldır. Bunun səbəbi soyuq suyun beynin depressiya ilə döyüşən norepinefrin fermentini istehsal edən mavi nöqtə regionuna təsir etməsidir. Bu baxımdan son dərəcə əhəmiyyətlidir.
Dərinizi və saçınızı mükəmməl edər
Çox isti və ya isti su ilə yumaq saçın pH tarazlığını pozur. Xüsusilə quru dərinin elastik və təmiz görünməsinə səbəb olur. Bu hal saç dərisi üçün də keçərlidir. Daha çox yağlanmaya və kəpəyə səbəb olur. Ancaq soyuq su saç dəliklərini bağlayır. Bunun sayəsində saçlarınız parlamağa başlayır, bu qədər tez çirklənmir və dəridəki iltihablaşma problemlərini həll edir.
Daha sürətlə kilo verərsiniz
Soyuq su, eyni zamanda bədəninizdə yığılan toksinlərdən xilas olmağınıza köməkçi olar. Bədənin dəliklərindən və qan dövranı sistemindən bütün toksinləri uzaqlaşdıraraq, kilo verməyə köməkçi olar.
Kişilər üçün daha faydalıdır
Yüksək temperaturlar sperma sayını və keyfiyyətinə təsir göstərir. Kişilərin isti vanna və ya duşdan uzaq durması sperma istehsalındakı mümkün azalmanın qarşısını ala bilər. Hər halda, ən yaxşı variant hər zaman soyuq su olacaq.
Gücünüzü artırır
Soyuq su ilə duş aldığınız zaman bədəninizdəki qida maddələrini yaxşılaşdırır və hüceyrələri oksigenlə doldurursunuz. Bu səbəbdən gücünüz də artmış olacaq.
Qrip və soyuqdəyməyə daha az tutularsınız
Soyuq su ilə duş almaq, orqanizmin müqavimət qabiliyyətini artırır və immunitet sisteminizi gücləndirir. Bu səbəblə, orqanizminizin viruslardan qaynaqlanan infeksiyalarla mübarizə etməsi daha asan olacaqdır. Soyuqdəymə və qrip kimi xəstəliklərə yoluxma ehtimalınız hardasa çox aşağı olur.