Aspirinin məlum olmayan bir faydası ortaya çıxdı

Şimali İrlandiyanın Belfast Queens Universitetində aparılan tədqiqatda, plomba olan ehtiyacı aradan qaldıracaq bir nəticə əldə edilib. Araşdırmaya görə, hər zaman istifadə edilən aspirin diş kök hüceyrələrinin funksiyasını artırır və zədəli dişlərin özünü yenilənməsini təmin edir. Diş sinirinin iltihablanması və diş ağrısına səbəb olan çürüklər ümumiyyətlə, plomb texnologiyası ilə müalicə edilir. Amma bu plombların zaman keçdikcə dəyişdirilməsi lazımdır.

 

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, Şimali İrlandiyanın Belfast Queens Universitetinin Diş həkimliyi və biotibbi elmlər fakültəsinin baş müəllimi professor Ikhlas Əl Karım, apardığı tədqiqatla plomba olan ehtiyacı aradan qaldıracaq bir nəticə əldə edib.

 

Aparılan tədqiqatda, hər zaman istifadə edilən bir ağrı kəsicinin yüngül dozada belə qəbul edildikdə dişlərin yenilənməsini və çürüklərin müalicəsini təmin etdiyi ortaya çıxıb.

 

Araşdırmaya görə aspirin diş kök hüceyrələrinin funksiyasını artırır və zədəli dişlərin özünü yenilənməsini təmin edir. Ancaq hər bir dərmanın bir əks təsiri olduğu üçün evdə tam nəzarətsiz bir şəkildə istifadə edilməməsi lazımdır.

 

 

(Visited 209 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir