Ailədaxili münaqişələr uşaqlarda sinir pozuntularına səbəb olur

Uşaq ölümlərinin səbəbləri sırasında sinir xəstəlikləri ilk yerdədir. Həmin problemlərin kökündə həm bətndaxili, həm də doğuşdan sonra baş verən travmalar və bir çox somatik xəstəliklər dayanır. Ailədaxili münaqişələr, valideyn-uşaq münasibətlərində düzgün olmayan stereotiplər də uşaqlarda sinir pozuntularına səbəb olur. Uşaqların qidalanması da sinir sisteminə təsir göstərən amillərdəndir.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan verilən məlumata görə, dekabrın 20-də institutun akt zalında “Uşaq yaşlarında sinir sisteminin xəstəlikləri” mövzusunda keçiriləcək elmi-praktik konfrans bu məsələlərə həsr olunacaq.

 

 

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutlarının birgə təşkilatçılığı ilə keçiriləcək konfransda pediatr, neonatoloq, nevropatoloq və psixiatrlar iştirak edəcəklər.

 

 

(Visited 70 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir