Saxta məhsullar ticarətçilərin çox mənfəət əldə etdiyi bir vərdişə çevrilib.
Medpress.az xarici mediaya istinadən bildirir ki, ən real görünən ərzaqlar da saxta ola bilər və bu, sizi çox təəccübləndirə bilər.
Çin Səhiyyə Nazirliyinin açıqlamasına görə, saxta yumurtalar benzoy turşusu, natrium aljinat və daha bir çox zərərli komponent daxildir.
Bu səbəblə, bir yumurtanın demək olar ki, hər bir hissəsi saxta ola bilər. Bu problem əsasən Asiya ölkələrində olsa da, yumurta alarkən diqqətli olmalısınız.
Saxta yumurtanı necə müəyyən etmək olar?
Saxta yumurtaların çox sərt qabıqları var. Adətən, real olanlardan daha böyükdürlər. Əgər qabıq yaxşı görünürsə, yumurtanın rənginə diqqət edin. Çox sarı isə, yumurta saxta ola bilər.