Sizi yavaş-yavaş öldürən həyatın səhvləri

Zərərli vərdişlər insana özünü cəmiyyətdə uğurlu reallaşdırmağa mane olur. Onlar təkcə sağlamlığa, psixologiyaya mənfi təsir göstərmir, həm də sizin ətrafdakılardan uzaq qalmağınızın səbəbkarı olur.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bir sıra hərəkətlər var ki, insanlar hətta onların məhvedici gücü haqqında anlamırlar. Bu yazıda məhz bunun haqqında söhbət gedir.

 

1. Xorultuya fikir verməmək

 

İnsanların çoxu gecələr xoruldaqlarına görə heç vaxt həkimə müraciət etməyiblər. Nahaq yerə.

 

Xorultu insanın ürək-damar sistemində ciddi xəstəliklərə gətirib çıxara bilər. Onlardan ən geniş yayılanı stenokardiyadır. Belə insanlarda eləcə də iflic baş verə bilər. Çünki gecələr beyin qan dövranı pozulur. İnsan xoruldayanda beyin damarları oksigenlə tam şəkildə təmin olunmur. Bu tutmalara səbəb olur.

 

2. Kompüter, yaxud yazı masası arxasında uzun müddət oturmaq

 

Az hərəkətlilik sizin səhhətinizə çox mənfi təsir göstərir. Əgər siz uzun zamanınızı oturaq vəziyyətdə keçirirsinizsə, onda təəccüblənməyin ki, siz digərlərindən daha çox xərçəngin inkişafına və dayaq-hərəkət aparatının xəstəliyinə meyllisiniz.

 

Sözsüz ki, bir sıra peşələr insanı uzun müddət oturmağa məcbur edir. Bu o deməkdir ki, həmin insanlar öz həyat tərzlərinə işdən sonra baxmalıdırlar. Belələri gündəlik idman etməlidir, idman zallarına getməlidir, tez-tez təmiz havada piyada gəzməlidir, massaj etdirməlidir.

 

Bir sözlə, hərəkətsizliyin çatışmaması orqanizmdəki bütün proseslərdə özünü göstərir. Lipid mübadiləsi maksimum dərəcədə pozulur ki, bu da şəkərli diabetə səbəb olur.

 

3. Ət, pendir və yarımfabrikatların istifadəsi

 

Hər bir insan düzgün qidalanmanın vacibliyi haqqında eşidib. Bununla belə, insanların çoxu bu sadə üsula laqeydlik göstərir. Çoxlu pendir, ət qəbulu kimi zərərli vərdiş çox böyük zərər gətirir. Heyvani zülalın tərkibindəki böyük miqdarda IGF-1 hormonu  xərçəng hüceyrələrinin artmasına səbəb olur.

 

4. Yuxudan doymamaq

 

Hər bir insanın həyatında sağlam, doyunca yuxulaması çox vacibdir. Mütləq sutkada 8-9 saat istirahət edin. Yuxu çatışmazlığı orqanizm üçün siqaret çəkmək, yaxud zərərli qidalarla spirtli içki qəbul etmək qədər təhlükəlidir. Yuxudan doymamaq əsl ölümcüldür və maksimum mümkün qədər onkoloji xəstəliklər riskini artırır.

 

5. Qara çay və kofe istifadəsi

 

Çoxdan sübut olunub ki, kofe və çay orqanizmin işinə mənfi təsir göstərir. Hətta bahalı növləri güclü stress yaradır, buna görə sizin əhvalınız pozula bilər.

 

Ən yaxşı qərar – qara, yaşıl çaydan tamamilə imtina etmək, eləcə də qəhvəni çıxarmaqdır. Ot çaylarına keçin, bunlar dadlı, ətrili və xeyirlidir.

 

6. Xüsusi ehtiyac olmadan dərmanların istifadəsi

 

Vitaminləri və digər dərmanları xüsusi ehtiyac olmadan qəbul etmək lazım deyil. Əgər siz öz orqanizminizin vəziyyətini yaxşılaşdırmaq istəyirsinizsə, onda, sadəcə balanslaşdırılmış qidalanmağa başlayın.

 

7.  İsti vanna

 

Tez-tez isti vanna qəbul etməyin. Yaşlaşdıqca sizin damarlarınızın divarları öz elastikliyini itirir. Ona görə isti temperatur xəstəliyə və müxtəlif xarici qüsurlara gətirib çıxara bilər. Duşda və vannada suyun ideal temperaturu 37-40 dərəcə olmalıdır.

 

8. Məsuliyyətsizlik və həyatda məqsədlərin olmaması

 

Bir çox insanların əziyyət çəkdiyi bu vərdişlər hər gün sizi yavaş-yavaş daxildən öldürür. Siz özünüzü əzilmiş hiss edirsiniz, həyatın sevincini tam duya bilməzsiniz.

 

Həyatda bütün arzularınızı reallaşdırmağa başlayın. Nəticələrindən qorxmayın. Ətrafda baş verənlərə görə məsuliyyəti öz üzərinizə götürmək vaxtıdır.

 

 

(Visited 195 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir