Azərbaycan dünyanın xoşbəxt ölkələri siyahısında 90-cı yerdədir

2018-ci ilin nəticələrinə görə hazırlanan dünyanın xoşbəxt ölkələrinin illik reytinqində Azərbaycan 90-cı yeri tutub. Bu göstərici bundan əvvəlki hesabata görə 3 bənd pisləşib – Azərbaycan 2017-ci ildə 87-ci yerdə olub. Qonşularımıza gəldikdə, Ermənistan 116-cı yerdədir (bir il əvvəl 129-cu sırada idi).  Gürcüstan mövqeyini yaxşılaşdıraraq 119-cu sırada (2017-ci ildə 128-cı yerdə idi) qərarlaşıb.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Türkiyə də öz reytinqini pisləşdirib. 2017-ci ildə 74-cü olan qardaş ölkə indi 79-cudur. Rusiya 68-ci yerdədir (9 mövqe mənfi – 2017-ci ildə 59-cu sırada olub).

 

Dünyanın ən xoşbəxt ölkəsi Finlandiya tanınıb, o, maksimumj orta ball – 7,63 toplayıb. İlk beşilyə Şimali Avropanın 3 ölkəsi – Norveç, Danimarka və İslandiya) və İsveçrə də düşüb.

 

Reytinqdə sonuncu, 156-cı yeri Burundi tutur. Top-5 xoşbəxt olmayan ölkələr siyahısında Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Tanzaniya və Yəmən də var.

 

Reytinqin hazırlanmasında 6 amil nəzərə alınıb: adambaşına düşən ümumi daxili məhsul, uzunömürlülük, səxavətlilik, sosial dəstək, eləcə də azadlıq və korrupsiya.  

 

(Visited 64 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir