Ət yeməkdən imtina edən qadın keçəlləşməyə başlayıb

Böyük Britaniyadan olan 24 yaşlı Cessika Dryu heyvan mənşəli yeməklərdən imtina etdikdən sonra saçı tökülməyə başlayıb.  

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Cessika ötən ilin aprel ayından vegeterian olmaq qərarına gəlib. Onun tanışlarının çoxu ət yeməkdən imtina edib, Cessika özü isə çoxdan süd məhsullarının qəbulunu dayandırıb, o, qərara alıb ki, ətdən imtina da asan olacaq.

 

Cessika ilk vaxtlar özünü yaxşı və enerjili hiss edib, ancaq bir neçə həftədən sonra saçlarının töküldüyünü görüb.

 

“Başımın bəzi hissəsində, xüsusilə önündəki tüklərim yağlanırdı. Bu məni narahat etdi. Mən özümü öz yaşımdan yaşlı hesab etdim, halbuki 30 yaşım var”, – o, xatırladır.

 

Buna baxmayaraq, Cessika vegeterian pəhrizindən imtina etməyib. Ancaq bir neçə ay keçəndən sonra saç tökülməsinə çox yatmaq da əlavə olunub: səhərlər yuxudan ayılması o qədər çətin olub ki, bir neçə zəngli saatı yanına qoymalı olub.

 

Mütəxəssislər qeyd edirlər ki, saç tökülməsinin səbəblərindən biri rasionunda keratin – saçların və dırnaqların  ibarət olduğu protein çatışmazlığı ola bilər. Cessika indi öz pəhrizini tərkibində keratin olan bitki qidaları ilə genişləndirməyə cəhd edir və probleminin həllinə inanır.

 

 

 

(Visited 169 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir