Qadınlar ərlərinə iş yerlərində daha çox xəyanət edirlər – ARAŞDIRMA

Alimlər zərif cinsin hansı peşə sahibi olan nümayəndələrinin öz ərlərinə tez-tez xəyanət etdiyini müəyyənləşdiriblər. Tədqiqatçılar qeyd edirlər ki, sorğu iştirakçılarının ümumilikdə 65 faizi xəyanət faktını etiraf edib.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, onların əksəriyyəti, psixoloqların fikrincə, ərlərinə iş yerlərində xəyanət edirlər. Bu, ezamiyyət, yaxud nahar fasiləsi çərçivəsində seks ola bilər.

 

Araşdırmada 5,6 mindən çox qadın iştirak edib. Məlum olub ki, gözəl cinsin nümayəndələri xəyanətə daha çox meyllidir. Onlar öz müştəriləri ilə şəxsi əlaqələr qurmağın zəruriliyini göstərirlər.

 

Məsələn, brokerlər və bank xidmətçiləri. Əlavə olaraq, xidməti vəzifəsinə görə səyahət edən qadınlar da asanlıqla xəyanət edirlər: qatar bələdçiləri, styüardessalar və başqaları.

 

Siyahıda növbəti yerdə xidmət sahəsinin əməkdaşları, şou-biznes və incəsənət xadimləridir. Respondentlərin əksəriyyəti etiraf edib ki, sevgi romanı başa çatandan sonra kollektivdə münasibətlər kəskin şəkildə pisləşib.

 

 

(Visited 656 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir