7 zeytun 1 əncir – möcüzə tandem

Yaponiyada herontoloqlar 25 il aparılan təcrübələr nəticəsində belə bir nəticəyə gəliblər ki, həmişə cavan qalan, sağlam və gümrah görünənlərin bədənlərində ifraz olunan xüsusi bir maddə var. Məhz həmin maddə onların cavan və sağlam qalmasına səbəb olur.

Medpress.az xəbər verir ki, bunu həkim-fitoterapevt Fizuli Hüseynov AZƏRTAC-a söyləyib.

 

Mütəxəssis deyib: “Alimlər həmin hormonun istehsalına daha çox səbəb olan bitkiləri araşdırmağa başlayanda maraqlı bir qənaətə gəliblər. Gündə 7 ədəd zeytunla 1 ədəd ənciri birlikdə yemək həmin hormonun daha çox istehsal olunmasına səbəb olur və onunla qidalananların mədə-bağırsaq sistemində demək olar ki, heç bir problem üzə çıxmır.

 

Bir ay müddətində gün ərzində iki dəfə yeməkdən 1 saat əvvəl 7 ədəd zeytun və 1 ədəd ənciri birlikdə yeməyin böyük faydası var. Qəbul edilən zeytunların yetişmiş olması məsləhətdir, hətta onun turşusundan da istifadə etmək olar. Prosedur zamanı 7 ədəd zeytunun qəbulundan sonra fasilə vermədən əncir qurusu yeyilməlidir. İki meyvənin qarışıq qəbul edilməsi ürək əzələsini gücləndirir, damarlara elastiklik verir və onları kirəcləşmədən qoruyur, xolesterinin miqdarını aşağı salır.

Bir ay həmin üsulla qidalanma alshaymer xəstəliyinin müalicəsi və profilaktikası zamanı, babasil, xroniki bronxit və allergiyadan əziyyət çəkənlər üçün də faydalıdır.

 

Tərkibi minerallar və kalsiumla zəngin olduğuna görə sümük boşluğu problemləri zamanı da müsbət təsir göstərir.

 

Zeytun və əncirin qarışığı dəmir, mis və sink mənbəyidir, qan azlığını aradan qaldırır, mineralların yaxşı sorulmasına səbəb olur. Arıqlamaq istəyənlər üçün də belə qidalanma yaxşı vasitədir. Zeytun və əncirin yeyilməsi iştahanı azaldır və piylərin əriməsinə səbəb olur.

 

Bol antioksidant mənbəyi kimi nəfəs çatışmazlığı və infarkt olanlar üçün də yaxşı müalicə və profilaktik vasitədir”.

 

(Visited 146 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir