Kişmişin bu faydası sizi şoka salacaq

Kişmişin sağlamlıq baxımından bir çox faydası var. Ən önəmli faydalarından biri qan azlığı xəstəliyini müalicə edəcək qədər tərkibində dəmir olmasıdır. Kişmişdən nizamlı istifadə edildikdə bədənimizdə nələrə fayda verdiyindən narahat olursunuzsa, bu xəbəri oxuyun.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, kişmişin faydaları saymaqla bitməyən bir quru meyvədir. Kişmiş, adətən anemiyanı müalicə etmək məqsədi ilə istifadə edilir. Kişmişin, eyni zamanda qara ciyəri təmizləmə təsiri olduğu məlumdur. Həm uyğun qiyməti, həm də bədənimizdə mühüm təsirlərə səbəb olan kişmişin faydalarını sizlər üçün açıqlayırıq.

 

Kişmiş nədir?

 

Kişmiş bütün əsas minerallar, vitaminlər və antioksidantlar daxil olmaqla təbiətin bizə təqdim etdiyi hədiyyələrlə doludur. Onun içərisində, ən yaxşı xolesterin aşağı salan və xərçəng əleyhinə keyfiyyətləri ilə tanınan resveratrol kimi tanınan fitokimyasalları var. Tək yeyiləcək qədər ləzzətli olmalarına baxmayaraq, yüzlərlə yeməkdə istifadə edilir. Salatlarda və xörəklərdə mütəmadi olaraq istifadə edilən kişmiş ecazkar bir təsir yaradır.

 

Kişmişin faydaları

 

Kişmiş dəmir, mis və B kompleks vitaminləri ilə doludur. Gündəlik pəhrizə dəyərli bir töhfə verir. Mütəmadi olaraq kişmiş yeyəndə qan azlığından və ya dəmir çatışmazlığından uzaq dura bilərsiniz.

 

Xərçəngin qarşısını alır

 

Kişmiş içərisində kateşinlər kimi tanınan yüksək səviyyələrdə polifenolik antioksidantlar, şişlərin, xüsusilə də kolon xərçənginin yaranmasına səbəb olan sərbəst radikalları ovlayırlar. Pəhrizinizə kişmiş daxil etmək, bir çox xərçəng növünün qarşısını almağın ecazkar bir yoludur.

 

Həzmi tənzimləyir

 

Kişmişin xüsusilə zəngin lif məzmunu ehtiva etdiyi məlumdur. Bu səbəblə, xroniki qəbizliyi müalicə etmək üçün böyük bir çarə olaraq istifadə edilir. Bağırsaq hərəkətlərinizi nizamlı hala gətirmək istəyirsinizsə, mədə-bağırsaq sisteminizi sağlam saxlamaq üçün müntəzəm olaraq kişmiş yeyin.

 

Zəngin mineral qaynağıdır

 

Kişmişdə maqnezium və kalium kimi bir çox əhəmiyyətli mineral var. Bunlar bədəndəki turşunu azaltmada xüsusilə faydalıdır. Həmçinin, qan zəhərlənməsinə yol açan bir sıra metabolik vəziyyəti sakitləşdirirlər. Bu səbəblə, bir çox sağlamlıq probleminə qarşı təsirli bir müalicədir. Mütəmadi olaraq kişmiş yemək, saç tökülməsi, dəri xəstəlikləri və oynaq ağrısı ilə mübarizə aparmaq üçün ecazkar bir yoldur.

 

Hərarəti azaldır

 

Kişmiş fenollar, fitokimyasallar baxımından zəngin olduqlarından, böyük antibakteriyal və antioksidant maddələridir. Kişmiş virusların səbəb olduğu bakteriyal infeksiyaları və ya hərarəti azaltmağa yardımçı olur.

 

Göz sağlamlığını qoruyur

 

Gözlərimizi sərbəst radikalların səbəb olduğu bir çox zərərdən qoruduqları üçün, mütəmadi olaraq kişmiş yeyərək maküler degenerasiya və katarakt kimi müxtəlif göz xəstəliklərini qarşısını almaq olar.

 

Gücünüzü artırır

 

Özünüzü halsız və enerjisiz hiss edirsinizsə, bir ovuc kişmiş enerjinizi yerinə gətirəcəkdir. Sürətli bir enerji gücləndirməsi lazım gələndə kişmiş köməyinizə gələcək. Bir çox idmançının enerji səviyyələrini yüksəltmək üçün bol miqdarda kişmiş yediyini bilmək təəccüblü deyil.

 

Təzyiqi nizamlayır

 

Kişmişin  ən önəmli faydalarından biri də təzyiqi nizamlamasıdır. Tez-tez yüksək təzyiqiniz olursa, bir ovuc kişmiş yeyin. Dəmir, kalium və B kompleksi vitaminləri ilə yanaşı, bir çox antioksidant tərkibli olduğu üçün qan damarlarının sərtliyini azaltmağa köməkçi olar. Bu, hipertoniyanın yüngülləşdirilməsi və azaldılmasına böyük ölçüdə yardımçı olur.

 

Yuxusuzluq müalicəsi

 

Kişmiş yuxu pozğunluqlarına yardımçı olmaq üçün faydalı bir müalicə olaraq təklif edilir. Pozulan yuxu rejimini tənzimləmək üçün kişmiş zəmanətli bir üsuldur.

 

Sümük sağlamlığı üçün faydalıdır

 

Kişmiş yaxşı miqdarda kalsium ehtiva edir. Kalsium sümükləri gücləndirmək və oynaq ağrılarını azaltmaq üçün əhəmiyyətlidir. Kişmiş bor yüklü qida mənbələridir. Orqanizmimizin səmərəli kalsium əldə etməsi və sümük formalaşması üçün kiçik miqdarda kişmişə ehtiyacı var.

 

 

(Visited 569 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir