Yazda orqanizmi gücləndirən bitkilər – RESEPT

Qış fəslində qidalanma insan orqanizminin vitamin və antioksidant deposunu azaldır, çünki qəbul edilən qidaların tərkibində vitaminlər az olur, necə deyərlər, bədən vitaminsizləşir. Yazda yeni çıxan bitkilərlə qidalanmaq orqanizmin balansını qoruyur, onun xəstəliklərə və xarici mühitin təsirlərinə davamlılığını artırır.

 

Medpress.az bildirir ki, bunu AZƏRTAC-a həkim-fitoterapevt Füzuli Hüseynov deyib. Mütəxəssis, həmçinin ayrı-ayrı bitkilərin müalicəvi xüsusiyyətləri haqda danışıb: “Əməköməncinin tərkibindəki maldivin maddəsi çox güclü mikroböldürücüdür. Ağız boşluğu, ağ ciyər xəstəlikləri, mədə-bağırsaq səpkilərində çox faydalıdır.

 

Gicitkənin təzə yarpaqları ilə revmatizm xəstəliyində ayaqları döymək çox faydalıdır. Gicitkənin təzə yarpaqlarını 5-6 saat suda saxlayandan sonra şirəsini çəkib səhər acqarına içmək bədən üçün çox şəfalıdır. O, qan azlığını aradan qaldırır, yeni qan əmələ gətirir, hətta xərçəng şişlərini kiçildir.

 

Yaşıl sarımsaq tərkibinə görə baş sarımsaqdan çox-çox zəngindir. Çox güclü bir bakterisit və şişlər əleyhinə təsiri var, şirəsini çəkib limon şirəsi ilə qarışdırıb acqarına içmək xərçəng xəstələri üçün çox faydalıdır. Çox güclü qurdqovucudur, yeməklərlə yeyilməsi orqanizmdən bütün qurdların, əsasən də lyambliyaların tökülməsinə səbəb olur.

 

Qulançarın tərkibindəki vitaminlər mədə-bağırsaq yaralarında, qastrit və kolitlərdə çox yaxşı təsir göstərir. Fol turşusu ilə zəngin olduğuna görə hamilə qadınlar, A vitamini ilə zəngin olduğuna görə gözlər üçün çox faydalıdır. Böyrək soyuqdəymələrində azca qovrulub yeyilməsi məsləhət görülür”.

 

Yazda çıxan digər bitkilər barədə məlumat verən həkim-fitoterapevt deyib ki, cincilimdən dəmlənilmiş çaydan yarım stəkan içilməsi mədə qıcqırmasını aradan qaldırır, mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır, qara ciyər çatışmazlığı nəticəsində artan bütün fermentləri zaman-zaman azaldır: “Tərkibində yod olduğundan qalxanabənzər vəz çatışmazlığında içilməsi faydalıdır. Cincilimdən dəmlənilmiş çayın axşam içilməsi əsəbləri sakitləşdirir, yaxşı yuxunu təmin edir.

 

Yarpızın çaya qarışdırılıb içilməsi çox yaxşı köpqovucu təsir göstərir. Bədənə rahatlıq gətirir, əsəbləri sakitləşdirir.

 

Reyhan da çox faydalı xüsusiyyətlərə malikdir. Tərkibindəki zəngin vitaminlər iştahanı açır. Bədəndəki ödəmləri götürür, böyrəkləri təmizləyir”.

 

(Visited 125 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir