Yaşıl çayın çox faydalı olduğunu əcdadlarımız belə bilirdilər. Onu təkcə içki kimi deyil, həm də müalicə vasitəsi kimi istifadə ediblər. Ancaq yaşıl çay qəbul etməyin əks təsirləri də var.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu ilk növbədə qan təzyiqi aşağı olanlara aiddir. Bu halda zəif konsentrasiya olaraq yaşıl çay dəmləmək olar. Mədə-bağırsaq traktı, sinir sisteminə görə həddən artıq tez əsəbiləşən, podaqra (podaqra orqanizimdə purin mübadiləsinin pozulmasından əmələ gələn bir xəstəlikdir) olan insanlara yaşıl çay içmək olmaz. Bu çayı azyaşlı uşaqların da içməsi məsləhət görülmür. Bundan başqa, ifrat dərəcədə də içmək olmaz. Əks halda yaşıl çayın ziyanı böyrəkdə daş əmələ gəlməsinə və qaraciyərin işində zədələnmələrə səbəb ola bilər.
Yaşıl çayın ziyanı əksər hallarda həddən artıq tünd dəmlənəndə də özünü göstərir. Bunun müsbət təsirini öz üzərinizdə hiss etmək üçün gündə az dəmlənən yaşıl çayı 1-2 dəfə içmək olar.