Xəstəxanada 9 tibb bacısı eyni vaxtda hamilə qalıb

Amerikanın Men ştatının Portlend şəhərində xəstəxanın doğum şöbəsinin 9 tibb bacısı eyni vaxtda hamilə qalıb.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, tibb müəssisəsi Facebook-da hamilə qalan 8 qadının poza verdiyi foto paylaşıb. Hər birinin əlindəki kağızda doğuş gözlədikləri vaxt yazılıb. Uşaqlar dünyaya aprel ayından başlayaraq iyula qədər gələcəklər.

 

“Çox gözəldir ki, işə gələndə belə hamilə insanları görürsən və sadəcə, belə vəziyyətdə nə qədər birgə vaxt keçirəcəyimizi müzakirə edirik”, – hamilə tibb bacılarından biri söyləyib. Onlar bir-birinin doğuş prosesinə də getməyə hazırlaşırlar.

 

ABŞ-da 50 və daha çox əməkdaı olan təşkilatda işləyən və yeni doğulan körpələrin analarına haqqı ödənilməyən 12 həftəlik məzuniyyət verilir. Hamilə tibb bacılarının işlədiyi xəstəxanadan açıqlanıb ki, bu qədər əməkdaşının eyni vaxtda olmayacağı dövrə artıq hazırlıq gedir.

 

2018-ci ildə xəbər verilirdi ki, Amerikanın Arizona ştatında bir xəstəxanada işləyən 16 tibb bacısının hamilə olduğu haqda məlumat verilib. Onlar inandırmağa çalışırdılar ki, eyni vaxtda ana olmaqla bağlı əvvəlcədən razılaşmayıblar.

 

 

 

(Visited 339 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir