Üzüm budağından axan damcıları için, çox faydalıdır

Yaz vaxtı üzüm tənəklərinin budanılması mövsümi aqrotexniki tədbirdir. Adətən budanan budaqların içindan və kəsik yerlərdən damcılar axır.

 

Medpress.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynovun verdiyi məlumata görə, həmin damcıların tərkibində olan vitamin, mineral və fermentlərdən müxtəlif məqsədlərlə istifadə edilir: “Üzüm tənəyi kəsildikdən sonra axan damcıları bir qaba toplanılaraq soyuducuda saxlanır və toplanılmış sudan yarım stəkan səhər acqarına içilməsi böyrək və öd daşlarını əridir. Hər gün həmin suyun 30-40 qramı ilə saç diblərini isladılması saçların gurlaşmasına, qaşınma və kəpəklənmənin aradan qalxmasına, saç tökülmənin dayanmasına səbəb olur.

 

2 xörək qaşığı təzə üzüm yarpaqları və ya zoğları toplanaraq 1 stəkan suda 20 dəqiqə dəmlənilərək süzülür, gündə bir dəfə saçlar yaxalanır”.

 

Fizuli Hüseynovun sözlərinə görə, tənəkdən axan suyun gözə damcıdılması göz qaşınması, acışma və qızartını aradan qaldırır: “Bundan başqa təzə üzüm yarpaqlarının yığılaraq əzilmiş formada oynaq üzərinə qoyulub bağlanılması ağrıları götürür, oynaq duzlaşmasına faydalı təsir göstərir.

 

Yetişməmiş üzüm meyvəsi – abqora yığılır, onun şirəçəkəndən keçirilərək şüşə butulkalara yığılması şəkər xəstələri üçün çox faydalıdır. Yeməkdən yarım saat əvvəl həmin şirədən 1 xörək qaşığının 1 stəkan suya qarışdırılıb içilməsi şəkərin səviyyəsinin yüksəlməsinin qarşısını alır”.

 

(Visited 196 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir