Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove bildirib ki, koronavirusun “Britaniya” ştammı infeksiyanın adi variantından daha sürətlə yayılır.
Medpress.az xəbər verir ki, bu barədə TASS bildirib.
“Son məlumatlar göstərir ki, (xəstəliyin-red) adi variantı Böyük Britaniyada aşkar edilmiş ştamm kimi tez yayılmır. Və biz burda 1,1-dən 1,5-ə qədər artan reproduktiv saya əsaslanırıq”, – xəbərdə deyilir.
Ekspert vurğulayıb ki, virusun əvvəlki və yeni formasının yayılması arasında heç bir fərq yoxdur.
“Bizim bu varianta (Britaniya ştammı-red) qarşı necə mübarizə aparmağımızla bağlı heç bir dəyişiklik yoxdur”, – o qeyd edib.
ÜST rəsmisi əlavə edib ki, koronavirusun yeni ştammı yüksək ölüm sayına malik deyil.
Ötən il dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkə alimləri yeni, mutasiya etmiş COVID-19 aşkarlayıblar. Onun sözlərinə görə, koronavirusun yeni ştamı əvvəlkindən daha sürətlə yayılır. Böyük Britaniyanın baş naziri Boris Conson isə deyib ki, koronavirusun yeni mutasiyası virusun başqa növlərindən 70 % daha yoluxucudur.
Bu səbəbdən də “Britaniya” ştammı daha təhlükəli hesab edilir. Artıq dünyanın onlarla ölkəsində koronavirusun bu növünə yoluxma aşkarlanıb. (Report)