Alimlər uzun sürən COVID-19 xəstəliyini necə müəyyənləşdirməyi açıqlayıb

Böyük Britaniyanın Milli Səhiyyə və Qulluq İnstitutunun (NICE) alimləri koronavirusun uzun sürən mərhələyə keçə biləcəyini rəsmən təsdiqləyiblər, habelə onu tanımağa kömək edəcək simptomları sadalayıblar.

 

Medpress.az “Report”a  istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, uzanan COVID-19 12 həftədən çox davam edə bilər.

 

Üstəlik, simptomlar siyahısı çox dəyişdiyindən diaqnoz qoymaq da son dərəcə çətindir. Belə ki, xəstədə döş qəfəsində ağrılar, davamlı halsızlıq və öskürək ola, ürək döyüntüsü arta bilər.

 

Alimlər belə vəziyyətdə insanın nevroloji simptomlar göstərə biləcəyini qeyd edirlər. Bu kimi simptomlara misal kimi də yuxu pozğunluğu və ya başgicəllənmə göstərilir.

 

Bundan əlavə, uzun çəkən COVID-19 diaqnozu təsdiqlənmiş xəstələr mədə-bağırsaq problemləri, əzələ və oynaqlarda ağrı və dəri səpkiləri barədə məlumat veriblər. Bütün bunlar koronavirusa yoluxmuş pasiyentdə xəstəliyin ən ağır dövrünün geridə qaldığı və virusa qalib gəlindiyi düşünüldüyü halda belə, uzun müddət özünü göstərə bilər.

 

(Visited 156 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir