Nyu-Yorkda 11 yaşlı Kemeron Jan-Pyer üçün nənəsinin milad bayramını qeyd etməsi faciəli ölümlə nəticələnib. O, allergiyası olduğu güclü balıq iyindən ölüb.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Kemeronun mətbəxdə nə işlə məşğul olduğu dəqiqləşdirilməyib. Ancaq məlum olan budur ki, o, hətta allergiyası olduğu yeməyin dadına baxmayıb. Bununla belə, hansısa məqamda bişirilən balığın buxarı o qədər yüksək miqdarda olub ki, oğlan, sadəcə nəfəs almaqda çətinlik çəkib. Ailə onu xilas etməyə cəh edib və hətta hansısa aparata qoşub, lakin bunun da xeyiri olmayıb.
Kemeron huşunu itirəndə valideynləri təcili yardım çağırmaq qərarına gəliblər, ancaq oğlana xəstəxanada kömək etmək artıq mümkün olmayıb və onun öldüyü təsdiqlənib.
11 yaşlı uşağın ölümünün səbəbi ekspertizadan sonra bəlli olacaq, lakin doğmaları əmindir ki, bu faciənin günahı balıq iyidir.
Bundan əvvəl xəbər verilib ki, alimlər heyvanlar və uşaqlar arasında allergiya bağlılığı olduğunu aşkar ediblər.