Toyuq ətini bişirməzdən əvvəl yumaq təhlükəlidir – EKSPERTLƏR

Səhiyyə sahəsi üzrə amerikalı ekspertlər deyiblər ki, toyuq ətini bişirməyə hazırlamazdan əvvəl yumaq sağlamlıqla bağlı ciddi problemlərə səbəb ola bilər.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məlum olub ki, yuyulandan sonra ətdəki mikroblar dərhal mətbəxdəki digər ləvazimatlarına yayılır. Sonradan insan orqanizminə daxil olan həmin mikroblar zəhərlənmə yaradır.

 

Mütəxəssislər diqqəti ona yönəldiblər ki, quş ətində tez-tez elə bakteriyalar olur ki, salmonella, perfingens və klostridiya kimi kəskin infeksion xəstəliklərə gətirib çıxarır.

 

Bundan əlavə, ekspertlər söyləyiblər ki, əti soyuducuda yalnız polietilen  paketdə saxlamaq, emalı zamanı isə ayrıca taxtadan istifadə etmək lazımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir