Böyük Britaniyadan olan tələbə güclü baş ağrısından şikayətlənib, komaya salınıb və bir neçə gündən sonra ana kimi ayılıb. Böyük Mançester qraflığının Oldem şəhərindən olan Eboni Stvenson axşam saat 20:30-da güclü baş ağırısına görə yatmağa gedib. 18 yaşlı qız iddia edir ki, bundan sonra necə yerindən qalxdığını və ürəkkeçməsi tutduğuna görə vanna otağına necə getdiyini xatırlamır. Onun anası Şeri təcili yardım çağırıb, gələn həkimlər ilk növbədə Eboninin hamilə olub-olmadığını soruşublar.
Medpress.az xarici mediaya istinadən xəbər verir ki, Şeri həkimlərə cavabında bunun mümkün olmadığını söyləyib. Bu müddətdə heyrətlənən ananın gözü qarşısında Eboninin qarnı şişib. Həkimlər başa salıblar ki, britaniyalının qızı preeklampsiyadır – bu hamiləliyin sonrakı mərhələsində toksikozanın ağır formasıdır. Qıc olma səbəbindən hamilə döl fəal hərəkətə başlayıb, ona görə də qarnının şişməsi görünüb.
Eboni xəstəxanaya yerləşdirilib və medikamentoz koması tətbiq edilib. Həkimlər uşağı xilas etmək üçün gecə təcili qeysəriyyə əməliyyatı keçiriblər. Qızın anası yeni doğulan körpəni ilk dəfə komadan çıxanda – dörd gün sonra görüb. “Bu dəhşətli səslənəcək, ancaq uşağı mənim qucağıma qoyanda, onu götürməyi xahiş etdim, şokda idim və məni səhv saldıqlarını qərara almışdım”, – Eboni həmin günü belə xatırlayır. O, qızına Elodi adını qoyub.
Həkimlərin fikrincə, britaniyalı bədənindəki anadangəlmə ikiqat uşaqlığa görə uzun zaman hamilə olduğunu bilməyib. Belə yaxın yerləşən orqanlardan birində döl inkişaf edəndə, digər uşaqlıq adi fəaliyyətini davam etdirib, ona görə Ebonidə aybaşı dayanmayıb. Həkimlər qeyd ediblər ki, adətən qadınların belə qeyri-adiliklə hamilə qalıb döl verməsi asan olmur. Britaniyalı ilə baş verən bu vəziyyəti qeyri-adi adlandırıblar.
Eboni etiraf edib ki, erkən ana olmaq planlarına daxil olmayıb. Ancaq çox xoşbəxtdir, qızını həyatda heç nə ilə dəyişmək istəmir.