Gecə yedikdə fayda verəcək qidalar

Axşamlar müəyyən saatdan sonra birşeylər yemək bədəninizə zərərli olar və kilo almağınızı təmin edir. Ancaq təqdim etdiyimiz bu qidaları gecə yesəniz, bədəninizi həm təmizləyəcək, həm də kilo verəcəksiniz. Bu qidaları yeyərkən bir mütəxəssisdən məsləhətləşməyi unutmayın. Bundan başqa, miqdarına və allergiyaya səbəb olub-olmadığına diqqət yetirmənizdə fayda var.

 

Medpress.az axşamlar yeyilməsi məsləhət görülən həmin qıdaları təqdim edir.

 

Pomidor

 

Pomidorun qida dəyəri olduqca yüksəkdir və içərisində bol miqdarda antioksidantlar var. Sağlam bir axşam yeməyi üçün pomidor ilə zülal qəbul etmək, sizin üçün mükəmməl olacaq. Eyni zamanda pomidoru gecə yemək, kilo verməyə köməkçi olar, iltihablanma və maye tutulması ilə mübarizə edər.

 

Qarpız

 

Qarpızın içi lif və su ilə doludur. Yatmazdan əvvəl qarpız yemək dümdüz bir qarına sahib olmaqla yanaşı, orqanizminizdə çox miqdarda olan mayelərin aradan qaldırılması üçün lazım olan mineraldır.

 

Quşqonmaz

 

Quşqonmaza A, B vitaminləri kompleksi, C və E vitaminləri daxildir, eyni zamanda sink və kalium kimi minerallar ilə də zəngindir. Quşqonmazı gecələr istədiyiniz qədər yeyə bilərsiniz.

 

Zeytun yağı

 

Təbii qaydada süzülən zeytun yağında olan oleik turşu kimi yağ turşuları xüsusilə qarın bölgəsində yerləşən daha dözümlü və parçalanması çətin olan yağların parçalanmasına kömək edir. Gecə yatmazdan əvvəl içəcəyiniz bir qaşıq zeytun yağı ilə qarın yağlarının əriməsini təmin edə bilərsiniz.

 

Ənginar

 

Ənginar (yumruq şəklində çiçəkləri olan və 1,5 metrə qədər uzanan bir bitkidir) qaraciyərin dostudur, axşam yeməyi və gecə aclığınızı yola vermək üçün mükəmməl bir variant olacaq. Qaraciyərinizə detoks təsiri yaradaraq, gecə istifadə etdikdə də bu təsir davam edir.

 

(Visited 116 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir