Hindistanda kişi keçmiş arvadını öldürüb və bunu gizlətmək üçün yeddi ay onun sosial şəbəkədəki səhifəsini idarə edib.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Uttar-Pradeş ştatının Qorakpur şəhərindən olan Raxi Şrivastava iyun ayının əvvəlində yeni əri ilə birlikdə Nepala gedib və toy səyahətindən geri qayıtmayıb. Qadının narahat olan qohumları ayın axırında polisə onun yoxa çıxması ilə bağlı müraciət ediblər. Ancaq müstəntiqləri hindistanı qadının sosial şəbəkələrdə yeni paylaşımlarının davam etməsi çaş-baş salıb.
Polis cinayətdə əvvəlcə qadının ərindən şübhələnib. Lakin oktyabr ayında onlar Şrivastavanın mobil telefonunu tapa biliblər. Bu onun keçmiş ərinə – tanınmış cərrah Charmendra Pratap Cinqhə qarşı əsas dəlil olub. Polislər müəyyən ediblər ki, o, keçmiş həyat yoldaşı və yeni əri ilə eyni vaxtda Nepalda olub.
Dekabrın 21-də onu və iki əlaltısı həbs edilib. Hindistan polisi Nepaldakı həmkarları ilə əlaqə saxlayıb. Onlar deyiblər ki, iyun ayında naməlum qadın meyti aşkar ediblər və onun Şrivastava olduğu müəyyənləşdirilib.
Cərrah polislərə etiraf edib ki, keçmiş arvadı ilə işlə bağlı danışmaq üçün görüşüb, onu içərisinə yuxu dərmanı atılan kokteylə qonaq edib və qayadan tullayıb. Sinqh onun mobil telefonunu götürərək bir neçə ay qadının Facebook-dakı səhifəsini yeniləyib.
Cərrah keçmiş arvadını onu şantaj edərək pul və əmlak verməsini tələb edib.