Rusiyalı alimlər xroniki stresslə gözün kontrast həssaslığı arasında əlaqə olduğunu müəyyənləşdiriblər.
Medpress.az Rusiya mediasına istinadla xəbər verir ki, Sibir federal universitetinin araşdırmasına 40 nəfər cəlb olunub. Məlum olub ki, xroniki stress vizual yolla daxil olan informasiyanın keyfiyyətli emal qabiliyyətinə həqiqətən əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Araşdırmaya cəlb olunanlarda kontrast həssaslığının azalması müşahidə edilib, onlara “peşəkar bozarma” diaqnozu qoyulub.
Alimlər ümid edirlər ki, alınan məlumatlar xroniki stressin insan orqanizmə təsirinin öyrənilməsinə, eləcə də vaxtında bu psixi pozğunluqdan diaqnostika metodlarının işlənməsinə yardım edəcək.