Bu gün QİÇS-lə Mübarizə Günüdür

1 dekabr bütün dünyada Ümumdünya QİÇS-lə (AİDS) Mübarizə Günü kimi qeyd edilir. Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd olunmağa başlayıb. Bu günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan HİV-infeksiyanın (İİV -İnsanın İmmunçatışmazlığı Virusu) və QİÇS-in (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir.

 

 

Medpress.az xəbər verir ki, statistikaya görə, hazırda dünyada yaşı 15-39 arası olan əhali arasında 35 milyon nəfərdən çox immun çatışmazlığı virusuna yoluxan var. Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür.

 

Azərbaycanda İİV daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun yaydığı məlumata görə, 1987-ci ildən 2018-ci ilin oktyabrın 1-nə kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7249 nəfər qeydiyyata götürülüb. Onlardan 7014-ü (96,8%) Azərbaycan vətəndaşı, 235-i (3,2%) əcnəbidir.

 

İİV-ə yoluxmuş insanların 5271-i (72,7%) kişi, 1978-i (27,3%) qadındır.

 

İİV-ə yoluxması təsdiq olunmuş 7249 nəfərdən 3144-də (43,4%) virusa yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2262 (72%) nəfəri dispanser qeydiyyatındadır.

 

(Visited 148 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir