Havanın soyuq olması və qar yağmasına görə ABŞ-da 6 nəfər ölüb. Dekabrın 28-də tufan səbəbindən 500-dən çox təyyarə reysi təxirə salınıb və 5 mindən çoxu ləngiyib.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, fırtına şimal-mərkəzi düzənlikləri və Orta Qərb rayonlarını əhatə edib, burada qar örtüyü 20 santimetrə çatıb.
Ölkənin cənubunda leysan yağışları səbəbindən daşqınlar olacağı istisna edilmir.