“Donuz qripi” iki nəfəri öldürdü

Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) ölənlərin sayı ikiyə çatıb. Medpress.az Gürcüstan mediasına istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri David Sergeyenko deyib.

 

Onun sözlərinə görə, bir nəfər Acarıstanda, digəri Kutaisi şəhərində ölüb: “Hər iki şəxs yüksək risk qrupunda olub və təəsüüflər olsun ki, onların həyatlarını xilas etmək mümkün olmayıb”.

 

David Sergeyenko deyib ki, qrip virusu ilə bağlı vəziyyət epidemiya səviyyəsinin yarısına çatıb: “Ümid edirik ki, vəziyyət epidemiya səviyyəsinə çatmayacaq”.

 

 

Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) ilk ölüm hadisəsi dekabrın 24-də qeydə alınıb. Şəxsiyyəti açıqlanmayan 53 yaşlı qadın qrip virusundan vəfat edib.

 

(Visited 54 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir