Sizdə təzyiq problemi olmasının ƏLAMƏTLƏRİ

Həkimlərin sözlərinə görə, mümkün təzyiq probleminin olduğunu göstərən bu əlamətlər iflic, yaxud infarkt ola biləcəyinizlə bağlı xəbərdarlıq kimi qəbul edilməlidir.

 

Medpress.az xarici mediaya istinadən bu əlamətləri təqdim edir:

 

1. Baş ağrısı: Əgər sizin beyninizin hər iki tərəfində baş ağrıları yaranırsa və nəbz döyünməsi ilə müşayiət olunursa – bu inkişaf edən hipertoniya ilə bağlı xəbərdarlıq ola bilər. Bu cür baş ağrısının təkrarlanacağı epizodlarında həkimə müraciət etmək lazımdır. Dərman qəbul etmək ağrı sindromunun alınması ola bilər, lakin bu narahatlıqdan yalnız müvəqqəti qurtuluşdur.

 

2. Təmiz görməmək: Xəstələrin bəziləri söyləyirlər ki, səhərlər ayılandan sonra onlara öz baxışını təmin etmək çətin olur. Əgər sizdə də buna bənzər vəziyyət müşahidə olunursa, həkimə getməyi yubatmayın. Hipertoniya  qan damarlarının gözün tor qişasını qanla təchiz edən şikəstliyə səbəb olur. Nəticədə görmə dəqiqliyi itir.

 

3. Burundan qan gəlmək: Qan gəlmə qanın laxtalanmasının pozulmasına aparır ki, bu da hipertenziyanın nəticələrindən biri sayılır.

 

4. Nəfəs alma pozuntusu: Karıxdırıcı nəfəs almaq oksigen çatışmazlığı ilə bağlıdır ki, bu da ürəyin qan vermək iqtidarında olmaması ilə əlaqədardır. Əgər sizdə təngnəfəslik və normal nəfər almada pozuntular yaranıbsa, bu zaman ayaqlarınız şişirsə, güclü yorğunluq tutmaları yaranırsa, başgicəllənməsi əmələ gəlirsə, mütləq terapevtin yanına getməlisiniz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir