Nikaha qədər cavabları tapılmalı 4 sual

Həyatınızda vacib addımı atmazdan əvvəl sevgilinizə kənardan baxmağınız lazımdır. Nikahlar heç də həmişə uğurlu olmur. Xəyanət, narkotika, maliyyə problemi, xroniki xəstəliklər – bunlar ailə həyatını köklü surətdə dəyişə bilər.

 

Medpress.az xarici mediaya istinadla ailə həyatına “bəli” deməzdən əvvəl bunların üzərində düşünməyinizi məsləhət görür.

 

1. Kompromis bacarığı

 

Digər yarıları naminə çoxları öz həyatlarını tamamilə dəyişməyə hazırdır. Məsələn, ər evlənənə qədər istirahət günləri futbola baxıb. Amma evlənəndən sonra rahatlıqla öz marağından imtina edib. Ona görə ki, hamilə həyat yoldaşına diqqət və yardım lazımdı. O da həqiqətdir ki, sevdiyi insan xatirinə olsa belə, öz həyatını dəyişmək istəyi insana baha başa gəlir.

 

2. Pul

 

Bəli, hamı ailə büdcəsinə sərəncam vermək istəyir. Qadınlar gözlənilməz ehtiyacları üçün qazanclarının bir hissəsini yığmağa müvəffəq olurlar. Haqq-hesabla məşğul olmaq, alış-verişi planlaşdırmaq və mağazalara getmək qadınların xoşuna gəlir.

 

3. Planlaşdırma

 

Artıq evlənmək ərəfəsində onlar sənin qarşına ambisiyalı məqsədlər qoyurlar. Ancaq ailədə uşaq doğulan kimi hər şey dəyişir. Psixoloqlar ailə həyatı üçün uzunmüddətli və qısamüddətli məsləhətlər verirlər. İllik, 3 illik, 6 illik, 9 illik – qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün optimal vaxt:

 

1 il – büdcəyə kimin cavabdeh olacağını, gənc ər-arvadın harada yaşayacağını müəyyənləşdirmək vaxtıdır.

 

3 il – uşaqlar haqda düşünmək lazımdır. Bu dövrdə seçim etmək lazıvdır: kim işləyəcək, kim evdə uşaqla qalacaq. Artıq yeni mənzil almaqla bağlı fikirlər də ortaya çıxır.

 

6 il – cütlük münasibətlərdə yeddillik böhran barədə yəqin eşidib. Bu vaxta qədər vəzifələri müəyyən etmək vacibdir. Ünsiyyət və karyeraya qədər xırdalıqları nəzərə almaq lazımdır.

 

9 il – bu müddət ərzində neçə uşaq doğulacaq? Onlara kimlər yardımçı olacaq?

 

4. Nizam-intizam

 

Cütlük uşaqları necə tərbiyə edir? Dərslərin yerinə yetirilməsinə kim cavabdehdir, oxumaq üçün vacib olan hər şeyin təmin edilməsi ilə kim məşğul olur? Əgər valideynlərdən biri uşaqdan tabe olmağı tələb edirsə, digəri hər fürsətdə onu əzizləyirsə, problem ortaya çıxa bilər. Valideynlərə ümumi davranış xəttini işləyib hazırlamaq lazımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir