Avropada yayılan naməlum virus atları da öldürür

Britaniyanın infeksionistləri və virusoloqları Çeşira tövlələrindən birində təhlükəli qrip virusu ştammı aşkar ediblər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, epidemioloqlar bəyan edirlər ki, yayılan xəstəliyin qarşısını almaq mümkün olub, ancaq az müəyyən edilən qrip virusu ştammları öyrənilmək üçün bir həftə əvvəl göndərilib. Britaniyalı həkim- infeksionistlər isə hələ ki nəticəni açıqlamırlar.

 

Araşdırmanın nəticəsi məlum olmayana qədər bütün xidmət heyəti tibb işçilərinin nəzarətində qalacaq. Britaniyalı mütəxəssislər isə bəyan edirlər ki, xəstəliyə yoluxan atların cəsədləri tapılan at tövləsi hərtərəfli dezinfeksiya olunmalıdır.

 

 

(Visited 45 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir