Şimal-Qərb universiteti yanında Feynberq tibb məktəbinin alimləri şəkər xəstəliyinə qarşı populyar olan dərmanların iflicə səbəb ola biləcəyini aşkar ediblər. Söhbət, xüsusilə, bazal insulini və sulfokamfokain kimi preparatlardan gedir.
Medpress.az xarici mediaya istinadla bildirir ki, adətən şəkərli xəstəliyə yoluxan zaman 2 növ metformin təyin edilir. Lakin bəzi xəstələrdə bu dərmana qarşı keçirilməzlik yaranır ki, onun dəyişdirilməsinə ehtiyac olur. Bu zaman həkimlər ikinci xəttin preparatlarına aid olan sulfokamfokain və bazal insulin yaza bilərlər.
Alimlər müəyyənləşdiriblər ki, bu dərmanların qəbulu iflic və damar xarakterli digər pozuntulara təhrik etməyə qadırdir. Onların sözlərinə görə, bu dərmanlar iflicin, infarktın və üzrək çatışmazlığının inkişafına təsir göstərə bilər.
Belə rəyi tədqiqatçılar 2-ci tip diabetli 132 737 xəstənin məlumatlarını təhlil edəndən sonra veriblər.
“Bazal insulini, yaxud sulfokamfokain qəbul edən xəstələrdə iflic, yaxud infarkt inkişafı ehtimalı 50-60 faiz yüksəlib. Həkimlər metformini əvəz etmək üçün yeni sinif dərmanlarını seçmələri məsləhətdir”, – araşdırmanın müəllifləri açıqlayıblar.
Tədqiqatçıların fikrincə, yuxarıda adları çəkilən dərmanlardan daha az təhlükəlisi digər sinifdən olan dərmanlar – DPP-4 ingibitorlara aiddir.