40 yaşdan yuxarı insanlar üçün ən faydalı tərəvəz

Diyetoloqlar müəyyənləşdiriblər ki, çuğundur kimi sadə tərəvəz yetkin yaşlı və ahıl insanların ürək və damarlarını möhkəmləndirir. Adi tərəvəzin belə xeyirinin səbəbi onun tərkibi ilə bağlıdır. Çuğundur qanı təmizləməyə və durulaşdırmağa kömək edən betainlə zəngindir.  Bu, tromb yaranmasına mane olur.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bundan əlavə, alimlər müyyənləşdiriblər ki, müntəzəm olaraq çuğundur qatılan yeməklərlə qidalanmaqla ürəyi əhəmiyyətli dərəcədə möhkəmləndirmək, damarlarda qanın tərkibini normallaşdırmaq və damarlardakı dəyişiklikləri keçikdirmək  olar.

 

Maraqlıdır ki, diyetoloqlar çuğunduru qaynar suda qabıqlı hazırlamağı məsləhət görürlər. Lakin quyruqcuq hissəsini yenə də kəsmək lazımdır. Qabığı ilə bişirilən çuğundur özünün bütün faydalı xassələrini saxlayır.

 

Çuğundurdan hazırlanacaq ən faydalı və sadə yemək isə tərəvəzin sürtülüb xırdalanması, yaxud kiçik hissələrə bölünüb bitki yağı ilə ədviyyə vurulmasıdır. Diyetoloqlar hesab edir ki, bu salatı ən yaxşısı səhərlər yulaf, yaxud qarabaşaqla birgə yeməkdir.

 

(Visited 129 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir