Ramazanda çəkini azaldan möcüzəvi pəhriz – RESEPT

Artıq çəkidən xilas olmaq istəyənlər üçün möcüzəvi bir pəhriz təklifi: Orucluq pəhrizi! İftar və obaşdan çox və yanlış  yemək adətimizin qarşısını almaq və Ramazandan əvvəl başladığımız diqqətli qidalanmağı davam etdirmək üçün çox fayda təmin edən super bir pəhriz. Ramazanda oruc tutarkən formada və sağlam qalmaq istəyirsinizsə, Ramazan pəhrizi çox işinizə yarayacaq. Bəs ramazan pəhrizi nədir?

 

Medpress.az 10 kiloqram çəki verməyinizi təmin edəcək orucluq pəhrizini təqdim edir.

 

Orucluq pəhrizi nədir?

 

Orucluq pəhrizi əslində oruc tutarkən balanslı qidalanmağı mümkün edən bir qida növüdür. Həmçinin insanın iftarla obaşdan arasındakı vaxtı acmadan keçirməsi üçün də olduqca faydalıdır. Çünki obaşdan səhv qidalanıb oruc müddətində çox acmaq iftarda da çox və səhv qidalanmağa səbəb olur və bu da bizə artıqçəkilər olaraq geri qayıdır. Orucluq pəhrizi həmçinin çəki verməyinizi təmin edərək verdiyiniz çəkiləri eyni sürətlə almağınızın da qarşısını alır.

 

Orucluq pəhrizi necə edilir?

 

Ramazanda kilo vermək istəyənlər üçün 10 kiloqram çəki azaltdığı iddia edilən bir pəhriz siyahısı bölüşəcəyik. 7 günlük pəhriz proqramını əhatə edən bu siyahı hər həftə eyni şəkildə tətbiq olunur. Ancaq hər zamankı kimi xəbərdarlığımızı da etmədən keçməyək. Bu pəhriz siyahısını tətbiq etmədən əvvəl mütləq, amma mütləq həkiminizlə məsləhətləşməli, onun razılığı olmadan bu pəhrizə başlamamalısınız.

 

1-ci gün:

 

Obaşdan: Az yağlı bir pay plov, qaysı kompotu.

 

İftar: Qiyməli yumurta, 1 kasa salat, meyvə.

 

2-ci gün:

 

Obaşdan: Az yağlı plov, qaysı kompotu.

 

İftar: 1 boşqab ətli lobya, 1 boşqab bolqar plovu, pəhriz güllaç.

 

3-cü gün:

 

Obaşdan: Az yağlı qiymə və ya pendirli makaron, 1 stəkan ayran.

 

İftar: Bibər, balqabaq, pomidor və badımcan dolması, 1 kasa qatıq, arzuladığınız qədər meyvə.

 

4-cü gün:

 

Obaşdan: 3 dilim piroq, şəkərsiz çay.

 

İftar: 8 ədəd qızardılmış kotlet, yarım pay yağsız plov, 1 kasa doğrama, 1 pay pəhriz kəşkül — süddən bişirilən bir növ şirniyyat, ya da desertdir.

 

5-ci gün:

 

Obaşdan: 3 dilim piroq, çay.

 

İftar: Qiyməli ispanaq, meyvə, 1 kasa qatıq.

 

6-cı gün:

 

Obaşdan: Az yağlı plov, qaysı kompotu.

 

İftar: Yarım pay qaynatma və ya qızardılmış toyuq, 1 boşqab pörtmüş kartof, 1 pay məşhur türk deserti sütlaçı.

 

7-ci gün:

 

Obaşdan: İstiotlu, pomidorlu və az yağlı kartof salatı.

 

İftar: 1 boşqab kələm dolması, 1 kasa qatıq, meyvə.

 

(Visited 116 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir