Boliviya gözəli titulundan məhrum olundu

2018-ci ildə “Miss Boliviya” gözəllik müsabiqəsinin qalibi olan Coys Prado hamiləliyinə görə titulundan məhrum olunub.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, təşkilatçıların sözlərinə görə, qız müsabiqənin şərtlərini pozub. Bu şərtlərə əsasən, qalib titulun sahibidirsə, ərə gedə və uşaq doğa bilməz.

 

Prado təşkilat komitəsinin qərarı ilə bağlı açıqlama verməyib. O, Instagramda sevinclə ailəsində tezliklə artım olacağını paylaşıb: “Sizə demək istəyirəm ki, dünyanın ən xoşbəxt qadınıyam, ona görə ki, həyatım sevgi ilə doludur. Bizim həyatımızda ən gözəl mərhələ başlayır”.

 

2018-ci ilin sentyabr ayında təşkilat komitəsi “Miss Ukrayna -2018”in qalibi Veronika Didusenkonu titulundan məhrum edib. Qərar onunla izah olunurdu ki, qız nikahının və onun uşağının olmaması haqda yalan məlumat verib.

 

(Visited 71 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir