Qadın 12 ayda 70 kiloqram arıqladı

İngiltərənin Qempşir qraflığının Farhem şəhərindən olan 47 yaşlı Erika Maqtsın çəkisi 140 kiloqram olub. O, bir dəfə əyləncə parkına gedəndə çox bərk utandığından, bu onu iki dəfə arıqlamağa məcbur edib.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Erika ailəsi ilə əylənmək üçün Florida ştatındakı Universal Studios parkına gedib.  Ona orada həddindən artıq kök olduğuna görə “Qarri Potter və qadağan olunmuş səyahət” attraksionunda fırlanmaq qadağan edilib. Qarri Potterin sevimlisi etiraf edib ki, parkdakı hadisə onun həyatında ən alçaldıcı davranış olub.

 

“Mən həmin an yerin altına girmək istədim. Mən bir tərəfə çəkilib ailəmi gözləməli oldum”, – Erika xatırladır.  – Mən ağlamadım. Ancaq bilirdim ki, özüm günahkaram və nəyisə dəyişmək lazımdır. Özüm üçün yox, ərim və qızım üçün”.

 

Erika bu hadisədən sonra gərgin idmanla məşğul olmağa, düzgün qidalanmağa  başlayıb və 12 ay ərzində təxminən 70 kiloqram arıqlayıb. Onun 58 yaşlı əri Hayden həyat yoldaşına mənəvi dəstək verib və onunla birlikdə 31 kiloqram arıqlayıb.

 

Erika indi qaçışla məşğul olur və hətta marafonlarda da iştirak edir.

 

 

(Visited 94 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir