Qızılca xəstəliyindən 3 nəfər ölüb – GÜRCÜSTANDA

Gürcüstanda qızılca xəstəliyinə yoluxma kəskin artıb.

 

Medpress.az Gürcüstan mediasına istinadən bildirir ki, bu barədə  Xəstəliklərə nəzarət və ictimai sağlamlıq milli mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

 

Onun sözlərinə görə, yanvar ayının 1-dən ölkədə qızılcaya 312 yoluxma qeydə alınıb: “Təəssüf  ki, xəstəlikdən 3 nəfər ölüb. Qızılca xəstəliyi ciddi ağırlaşmalara səbəb ola və ölümlə nəticələnə bilər”.

 

Amiran Qamkrelidze deyib ki, qızılcaya yoluxma ən çox Kaxeti və İmereti bölgələrində qeydə alınıb: “Xəstəliyə yoluxma hallarının 56 faizi 20-40 yaş arası vətəndaşların, 8 faizi isə 0-1 yaş arası uşaqların payına düşür”.

 

(Visited 75 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir