Qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət proqramı təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün dövlət proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Medpress.az xəbər verir ki, sərəncamla Qida Təhlükəsizliyi Agentliyinə dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək; həmin proqramda qeyd olunan tədbirlərin, beynəlxalq təcrübə nəzərə alınmaqla, əsas icra indikatorlarını üç ay müddətində müəyyən etmək; proqramda nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə prezidentə məlumat vermək tapşırılıb.

 

Sənədlə, proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmələri; proqramda nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzi həyata keçirmələri; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

(Visited 17 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir