Qeysəriyyə əməliyyatından daha çox qazanc yolu kimi istifadə edilir – OMBUDSMAN

2018-ci ildə sağlamlığın qorunması hüququ ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) 454 müraciət daxil olub.

 

Medpress.az-ın xəbərinə görə, Ombudsmanın illik məruzəsində qeyd edilir ki, ana və körpələrin sağlamlığının qorunması sahəsində ciddi məsələlərdən biri əksər tibb ocaqlarında, xüsusilə tibb müəssisələrində qeysəriyyə əməliyyatına üstünlük verilməsidir.

 

“Ölkəmizdə, hətta regionlarda yayılmış və artmaqda olan bu cərrahi müdaxilə buna həyati tibbi göstəriş olduğu hallar istisna olmaqla, bir çox hallarda asan seçim yolu və daha çox qazanc üsulu kimi istifadə edilir. Bu da istər bilavasitə, istərsə də ana və uşaqların sağlamlığının təhlükələrlə üzləşməsinə səbəb olur”, – məruzədə bildirilib.(ona.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir