Qadınlar üçün ən faydalı çaylar – SİYAHI

Dünyada ən populyar içkilərdən biri çay sayılır. Keyfiyyətli, dadlı və ətirli çayın çoxlu faydalı xassələri var və çox vaxt müalicə effektinə də malikdir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, çay qadınlara cavanlığını uzatmağa, sağlamlığını möhkəmlətməyə və gözəlliyini qorumağa kömək edir. Bir neçə sınanmış reseptləri bilmək kifayətdir. Məsələn, qadın sağlamlığı üçün ən faydalı çaylardan biri zəncəfil çayıdır.

 

Zəncəfil cayı – o, güclü antioksidant təsirə malikdir, immuniteti məhkəmləndirir, yüngül təbii afrodiziakdır. Zəncəfil çayı artıq çəkidən xilas olmaq istəyənlər üçün əvəzsizdir: düzgün seçilmiş pəhrizlə tez arıqlamağa kömək edəcək. Lakin hamilə qadınlar və uşaq əmizdirən gənc analara zəncəfil əks təsiredicidir. Bütün mümkün qanaxmalar zamanı da zəncəfil çayı içilməsi arzuolunan deyil. Mədə xəstəliyi olan insanlar üçün də faydalı ola bilməz.

 

Yaşıl çay – qadınlar üçün gənclik və gözəllik mənbəyidir. O, arıqlamağa kömək edir, əhval-ruhiyyəni qaldırır, susuzluğu çox yaxşı yatızdırır. Yaşıl çay elə içkidir ki, qətiyyən kalorisi yoxdur, ona görə onu hər gün məhdudiyyətsiz içmək olar. Bundan əlavə, yaşıl çay çox gözəl kosmetik vasitədir: o, canlandırır və nəmləndirir, qızartını və iltihabı aradan qaldırır, şişi azaldır, rəngi parlaq, dərini isə möhkəm və elastik edir.

 

Ağ çay – minimum emal edilmiş bu çay yarpaqları özünün bütün faydalı xüsusiyyətlərini saxlayır.

 

Ağ çayın yüngül təzə dadı və incə ətri var. O, venaları varikoz genişlənməsindən əziyyət çəkən qadınlara olduqca faydalıdır. Tərkibindəki P vitaminləri sayəsində damarların divarlarını möhkəmləndirməyə və daha elastik qalmasına kömək edir. Bu içkidən müntəzəm istifadə orqanizmə qocalma ilə mübarizədə kömək edir, yayda isə ağ çay dərini ultrabənövşəyi şüaların təsirindən qoruyur.

 

Cökə çayı – bütün yaş qrupundan olan qadınlar üçüm çoxdan ən faydalı içkilərdən biri kimi məşhurdur. Cökə çayı gənc qadınlar üçün menstrual dövründə, eləcə də daxili orqanların müxtəlif  iltihabları zamanı çox vacibdir.  Cökə çayı 40 yaşdan sonra xanımlara menopoz simptomlarını aradan qaldırmağa kömək edir.

 

Bundan əlavə, cökə iltihab əleyhinə güclü təsirə malikdir. Onun dezinfeksiyaedici təsiri də var, o, sakitləşəməyə kömək edir. Cökə, həmçinin soyuqdəymənin qarşısını almaq üçün çox faydalıdır.

 

Çobanyastığı çayı –  kimin mədəsində problemi varsa, çobanyastığı çayı faydalı olacaq. Onu kolitlərdə, qəbizlik zamanı istifadə etmək məsləhət görülür, o, mədədəki ağrını tez götürür. Çobanyastığı çayı orqanizmdən şlakları və zəhərləri çıxarır, azad radikallardan təmizləyir.

 

Çobanyastığı çayını içməklə yanaşı, dərini təmizləmək üçün üzü silmək də olar. O, dərini möhkəmləndirir,  sızanaqlardan xilas edir.

 

Ardıc çayı – əgər siz menstruasiyadan əvvəlki sindrom keçirirsinizsə, onda sizə ardıcdan olan çay kömək edəcək. O, şişləri çəkəcək və ağrı hisslərini azaldacaq. Onun xoş ətri isə sakitləşməyə kömək edəcək. Ardıc çayının, həmçinin yüngül sidikqovan effekti var. O, sidik-cinsiyyət sisteminin xəstəliklərinin profilaktikası üçün gözəl vasitədir.

 

Nanəli çay – sizin həyatınız aramsız bütöv stress mənbəyidir? Ola bilsin ki, bütün problem əsəbinizlə bağlıdır. Sizi sakitləşdirməyə və gərginliyi azaltmağa nanəli, yaxud melissa çayı kömək edəcək. Bu içkidən gündə heç olmasa bir fincan qəbul etsəniz, özünüzü çox sakit hiss edəcəksiniz. Nanəli çay gərgin iş günündən sonra düşüncələrinizi qaydaya salmağa və stressi azaltmağa kömək edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir