Qadınlar kişilərin düşündüyündən daha çox seks istəyir – ARAŞDIRMA

Sirr deyil ki, uzun müddətli sabit münasibətlər nadir hallarda müntəzəm vəhşi və başlı-başına buraxılmış seksə xidmət edir. Bir çox hallarda kişi əleyhinə deyil, qadının isə bundan daha vacib işləri var. Bu da yox da!

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, Kanadanın Qərbi Ontario Universitetinin və Toronto Mississoqa Universitetinin alimlərinin axırıncı araşdırması sübut edir ki, kişilər faciəli şəkildə daimi partnyorlarının öz seksual tələbatını qiymətləndirmirlər.

 

Araşdırmada iştirak edən 229 cütlüyün həmin anda sabit münasibətlərinin orta müddəti altı il olub. Araşdırma iştirakçılarının yaşları 18-dən 68-ə qədər olub (maraqlıdır, heç olmasa cütlüklərdən birinin yaşı 68 olubmu?). İştirakçılardan onların seksual həyatında daimi tərəfdaşın olub-olmadığı uzun və ətraflı soruşulub. Məlum olub ki, cütlüklər orta hesabla sekslə həftədə bir-iki dəfə məşğul olurlar.

 

Ən maraqlısı isə bundan sonra başlayıb. Sən demə, kişilər daha çox cinsi yaxınlıq təşəbbüskarlarıdır, halbuki, qadınların heç də az olmayan cinsi istəyi var. Nəyə görə onlar özləri seks barədə xahiş etmirlər?

 

Araşdırma müəlliflərinin fikrincə, bunun günahının hamısı kişini şəhvətli heyvanlara bənzədən,  qadınlar isə soyuq və xüsusi rədd edilən, onunla sekslə məşğul olmaq istəməyən sosial stereotiplərdədir (çoxsaylı romantik komediyalarda heç olmasa birində ailə həyatındakı böhranı yadınıza salın).

 

Bundan əlavə, qadınlar kişilərdən daha çox rədd cavabından qorxurlar. Ona görə də hətta əgər sekslə məşğul olmaq əleyhinə deyillilərsə belə, onlar susmağa üstünlük verirlər. Axı kişidən rədd cavabı almaq (maraqlıdır, belə kişilər haradadır?) qadınlar üçün münasibətlərdəki hakimiyyətin bir hissəsini vermək deməkdir. Bu isə sərf etmir.

 

Alimlər nəticədə pis nəticəyə gəliblər ki, cütlüklərin intim münasibətində daha çox məhz qadın təmin olunmamış qalır. Kişilər, ona görə,  münasibətdə olduğunuz xanımlara vaxtaşırı sekslə məşğul olmağı təklif edin.

 

(Visited 456 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir