Nəşi yandırılan qadın ritualdan 4 gün sonra evə qayıtdı…

Hindistanın Pəncab ştatının Patiala şəhərində öldürülmüş hesab edilən qadın öz dəfnindən sonra evə qayıdıb. Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 26 yaşlı Naina Rani dekabrın 8-də yoxa çıxıb. Polisdə ehtimal ediblər ki, ərli qadın sevgilisinə qoşulub qaçıb. Ancaq 3 gün sonra yerli efermer içində qadın meyiti olan kisə tapıb.

 

Öldürülən qadını üzdən tanımaq mümkün olmayıb, lakin Nainanın valideynləri qızlarının bəzək əşyalarını tanıyıblar.

 

Qohumları meyiti götürüblər və dekabrın 15-də onu yandırıblar (dəfn ritualı). Dörd gün sonra məlum olub ki, polislər haqlıymış. Ancaq bir qəribəlik var ki. Naina evə sevgilisi ilə qayıdıb.

 

Polis hazırda DNT analizi vasitəsilə öldürülən qadının kimliyini müəyyənləşdirməyə çalışır. Bunun üçün küldən nümunə götürüləcək.

 

(Visited 126 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir