Qadın mavi oğlunun ata olması üçün uşaq doğdu

Amerikalı Esesil Eledj mavi oğluna ata olmaq arzusuna çatmaqda yardım edib: o, oğlunun uşağının surroqat anası olub.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Metyu Eledj əri Eliot Doqerti ilə bir müddət onlara uşaq doğmaq üçün qadın axtarıblar. 61 yaşlı qadın bu rolu yerinə yetirməyə hazır olduğunu bildirib.

 

Əvvəlcə ər-arvad cütlüyü onun təklifini zarafat kimi qəbul ediblər, lakin sonra mütəxəssislərlə söhbətləşərək ideyaya ciddi yanaşıblar. Analiz göstərib ki, Sesil uşaq doğmağa qadirdir.  

 

Qadının etirafına görə, o, əvvəlki hamiləliklərini məmnuniyyətlə xatırlayır və ona görə bu vəziyyəti yenidən hiss etməyə razılaşıb. Yumurta hüceyrələrinin donoru 25 yaşlı bacısı Eliotta Doqerto olub.

 

Sesil Eledj birinci cəhddə hamilə qalıb. Mart ayının axırında dünyaya qız gəlib, adını Uma qoyublar.

 

(Visited 554 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir