Qadın ərini soyundurub sevgilisi ilə ağaca bağladı – VİDEO

Çinin Quyçjou əyalətinin sakini xəyanətdə ifşa olunan ərini və onun sevgilisini ağaca bağlayıb. Yarıçılpaq kişi ilə qadının ətrafına yığışanlar onların bu halına doyunca gülüblər.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, orada olan polis də baş verənlərə müdaxilə etməyib. Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, ərini sevgilisi ilə yaxalayan qadın onları meydana çıxmağa məcbur edib və hər ikisini ağaca bağlayıb.

 

Xuşun dairəsinin təhlükəsizlik bürosu baş verən hadisəni təsdiqləyib. Hüquq-mühafizə orqanlarında qeyd ediblər ki, qadın “radikal tədbiri” “emosional mübahisədən” sonra ailəsini qorumaq üçün edib. Kiminsə saxlanılması haqda məlumat verilmir.

 

 

Yanvar ayında məlumat verilib ki, İndoneziyanın Şərqi Yava əyalətində qadın mobil telefonunun parolunu verəməyən ərini diri-diri yandırıb.

 

(Visited 377 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir