400 kiloqramlıq kişi 29 yaşında öləcəyini demişdi, elə də oldu

Çəkisi 400 kiloqram olan Şon Millken öləcəyi vaxtı əvvəlcədən dəqiq deyib: o, söyləmişdi ki, 30 yaşa qədər yaşamayacaq. Şon bir neçə gün əvvəl 29 yaşında vəfat edib. O, infeksiya nəticəsində ağırlaşması üzündən dünyasını dəyişib. Atasının sosial şəbəkədə yazdığına görə, bir müddət əvvəl Şonun nəfəs almaqda problemi yaranıb. Həkimlər onu bir müddət həyata qaytara bilsələr də, bir qədər sonra ürəyi dayanıb.

 

Medpress.az xarici mətbuata istinadən xəbər verir ki, Şon məktəbin yuxarı sinfində oxuyanda ayağından aldığı zədə səbəbindən yatağa düşüb və buna görə çəkisi 200 kiloqrama qədər artıb. Kökəlməsinin son anlarında isə onun çəksi 400 kiloqrama qədər çatıb. Gənc adamla bağlı “My 600-lb.Life” (“Mənim  600 funtluq həyatım”) teleserialı çəkilib, ona arıqlamağa kömək etməyə cəgd ediblər, ancaq bacarmayıblar.

 

“Mən hər gün bütün həyatımın nəyə çevrildiyini dərk etməklə ayılıram, – Şon serialın son hissəsində söyləyib. – Mən çətinliklə hərəkət edirəm. Yaxşı başa düşürəm ki, 30 yaşa qədər yaşaya bilməyəcəyəm, yaşamağıma qismət olan hər növbəti gün mənim üçün hədiyyədir. Təəssüf ki, mən ən müxtəlif pəhrizləri sınadım, amma onlar mənə kömək etmədi. Bu gün, yəqin ki, artıq heç kim mənə kömək edə bilməyəcək”.

 

Şon xroniki piylənmənin qurbanı olub, belə xəstələrin, adətən cərrahiyə əməliyyatı nəticəsində mədəsinin həcmi kiçildilir. Ancaq bu prosedurun həyata keçirilməsi üçün də çəkinin aşağı və yuxarı qəlibi var: başqa sözlə, əgər insanın çəkisi lap çoxdursa, əməliyyat keçirilmir, həm də o səbəbdən ki, onun effekti həddindən çox radikal ola bilər. Bundan əlavə, belə çəkili insanların, adətən ürəyi xəstə olur, bu da əməliyyat zamanı maksimum risk deməkdir.

 

(Visited 63 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir