Ölüm ərəfəsində olan ata qızının toyuna görə xəstəxanaya getmədi

Xərçəngin dördüncü mərhələsində olan ata qızının toyunda iştirak naminə xəstəxanaya yerləşdirilməsindən imtina edib. Bir azdan toyu başlayacaq qızın gəlin paltarında ölümcül xəstə atası ilə şəkli sosial şəbəkələrdə yayılıb.

 

“Dəhşətli hadisələrdən biridir. Xərçəng xəstəliyinin dördüncü mərhələsində olan ata qızının toyunda iştirak etmək naminə xəstəxanaya yerləşdiriləməkdən imtina edir”, – Medpress.az xarici mediaya istinadla bildirir ki, Facebook-da yayılan şəklin altında belə yazılıb.

 

Studiyanın sahibi Cessi Tezoro deyib ki, bu şəkil onun fotoqraflarından biri Krisa və Herlin Dumeqin nikah mərasimində çəkib. Gəlinin atası qızını sərbəst şəkildə kilsəyə gətirməyi arzulayıb, lakin toydan az əvvəl vəziyyəti ağırlaşıb.

 

Toy günü onun yatdığı maşın kilsənin yanında dayanıb. Toydan bir neçə dəqiqə əvvəl qız atasına yaxınlaşıb, onu öpərək soruşub: “Ata, mən indi ərə gedəcəm, yaxşı?”

 

Ata gəlin qızı ilə rəqs etmək istəsə də, vəziyyətinin ağırlığına görə edə bilməyib, əvəzində gəlinlə onun arvadı rəqs edib.

 

 

(Visited 174 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir