Prezident İlham Əliyev Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında Qanunu imzalayıb. Medpress.az bildirir ki, qanunda qeyd edilir:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
***
Prezident İlham Əliyev 2019-cu il üçün yaşayış minimumu haqqında Qanunu da imzalayıb.
Qanunda bildirilir:
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği
2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.